Interposta.Info

Sumqayıtda yataqxanada partlayş baş verib: ölən və yaralananlar var -

Ölkə
 6-08-2017, 01:03     10 588

Hadisə Sumqayıtın 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəıadə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. ("Trend")

interposta.info

Sumqayıtda yataqxanada partlayş baş verib: ölən və yaralananlar var -
Sumqayıtda yataqxanada partlayş baş verib: ölən və yaralananlar var -
Sumqayıtda yataqxanada partlayş baş verib: ölən və yaralananlar var -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26