“Sahil” metro stansiyası bağlanır -

Bakı metropoliteninin "Sahil" stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq
Bu barədə jurnalist və aparıcı Cavid Osmanov sosial şəbəkədə yazıb.
interposta.info xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-yə məlumatı təsdiqləyərək, "Sahil" metro stansiyasının təmir olunacağını deyib.
Onun sözlərinə görə, bu ayın axırı stansiyada təmirə başlanacaq. N.Paşayev təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26