Interposta.Info

Daha bir metro stansiyası bağlanacaq: eskalatorlar dəyişdiriləcək

Müxtəlif
 7-06-2018, 14:19     10 448

Bakı metrosunun "Xətai" stansiyası təmirə bağlanacaq.

"XeberBiz" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib

Onun sözlərinə görə, stansiya bu ilin payızında bağlanacaq. "Xətai"də istismar müddətini başa vuracaq eskalatorlar dəyişdiriləcək, stansiya və stansiya yollarının yenidənqurması həyata keçiriləcək.

Qeyd edək ki, metronun "Sahil" stansiyası əsaslı təmir və yenidənqurmadan sonra bu gün istifadəyə verilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26