Interposta.Info

Dövlət Sərhəd Xidmətinin rəisi kimin qurbanına çevrilir?

Ölkə
 3-08-2017, 21:39     12 388

Elçin Quliyev yola salınır?

Yaxın günlərdə struktur islahatları çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Müdafiə Nazirliynə birləşdirilə bilər.

Dövlət Sərhəd Xidmətinin ləğv olunması gündəmdədir.

interposta.info xəbər verir ki, bu barədə MilliYol.az-a daxil olan məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev struktur islahatları çərçivəsində öz vəzifəsini itirə bilər. Məlumatda qeyd olunur ki, artıq bu yöndə bəzi addımlarn atflmasına start verilə bilər. Belə ki, dəqiqləşdirilməmiş məlumata görə Dövlət Sərhəd Xidmətinin nəzdində fəaliyyət göstərən Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilməsi ilə bağlı artıq qərar qəbul olunub. Bundan sonra isə Dövlət Sərhəd Xidmətinin Müdafiə Nazirliyinə birləşdirilməsi haqqında qərar verlə bilər.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sərhəd Qoşunlarının komandanı olan Elçin Quliyevin vəzifə səlahiyyətləri xidmət rəisi səviyyəsinə endirilmişdi. Elə o zaman da Elsin Quliyevin “ulduzunun” yaxın zemanlarda sönməsi ilə bağlı dedi-qodular yayılmışdı.

Mənbə bildirir ki, Elçin Quliyevin “yola salınması” struktur islahatları çərçivəsində olsa da, Dövlət Sərhəd Xidmətinin ləğvi daxa çox xidmət rəisindən ən yüksək səviyyədə olunan şikayətlərlə bağlıdır. Belə ki, Elçin Quliyev sərhəd zonalarında olan meşə zolaqlarını tamamilə öz nəzarəti altına alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyini bu meşə zolaqlarında fəaliyyətinə maeçilik törədib. Elçin Quliyev həmçinin meşə zolaqlarında qanunsuz ova izn verərək vəzifə səlahiyyətlərini aşıb. Bunun üzərinə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya olunan şikayətlər yoxlanılıb və şikayətlər öz təsdiqini tapıb. Həmçinin mənbə bildirir ki, Elçin Quliyevin “yola salınması” gələcəkdə daha geniş struktur islahatların maneəsiz həyata keçirilməsi üçün nəzərdə tutulub. Belə ki, mənbə iddia edir ki, Elçin Quliyevin “vurulması” daha güclü bir oliqax-məmurun ətrafının “budanması” prosesinin tərkib hissəsidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26