Interposta.Info

Prezident Elçin Quliyevin səlahiyyətini azaldıb? -

Ölkə
 6-06-2017, 12:55     1 032

Prezident İlham Əliyevin general-polkovnik Elçin Quliyevin yenidən Dövlət Sərhəd Xidmətinin rəisi təyin etməsi, Sərhəd Qoşunlarının Komandanılğının ləğvi haqda sərəncamı ictimaiyyətdə müəyyən suallar yaradıb.

E.Quliyevin öz vəzifəsinə təkrar təyin olunması zamanı xidmət strukturunda edilən dəyişikliyin əsl mahiyyətinin nədən ibarət olduğu əksəriyyətinə qaranlıq qalıb.

Bu sərəncamla generalın səlahiyyətlərinin azalıb-azalmadığı, komandanlığın alınmasının səbəbinin nə olduğu aydın deyil. Dövlət Sərhəd Xidmətindən də bu sərəncamla bağlı komandanlığın götürülməsinin nəzəri izahı verilməyib.

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov BakuPost.az-a bildirib ki, bu sərəncamdan sonra sözügedən qurum daha da effektli fəaliyyət göstərəcək.
Prezident Elçin Quliyevin səlahiyyətini azaldıb? -


Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətindən "Sərhəd Qoşunlarının komandanı” sözlərinin çıxarılması bu strukturun daha sərbəstləşməsi deməkdir:
"Sərəncama qədər Dövlət Sərhəd Xidməti komandanlıq statusunda idi. Yəni belə desək, necə ki Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanlığı, Dəniz-sahil komandanlığı var, bu qurum da komandanlıq statusunda idi.

Ancaq prezidentin sərəncamından sonra artıq müstəqil bir xidmətə, bir növ nazirliyə çevrilir. Hə, bundan sonra xidmətin öz tərkibində komandanlıq yaradılması mümkündür”.

Polkovnik qeyd edib ki, bu sərəncam heç də Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinin azaldılması kimi qiymətləndirilə bilməz: "Bu qurum yenə də öz statusunda qalmaqdadır. Məsələn, Müdafiə Nazirliyinin tərkibində 6 komandan var.

Sərəncama qədər də "Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı” sözləri də təxminən bu asossasiyanı yaradırdı.

Azərbaycanda Ali Baş Komandan var və nazirliklərin tərkibində komandanlar var. Məsələn, Artileriya rəisi-komandan var. Bu baxımdan hesab edirəm ki, Dövlət Sərhəd Xidməti artıq yeni sərəncamla müstəqil və sərbəst bir struktura çevrildi”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26