Interposta.Info

Bakıda ABŞ səfirliyi qarşısında

Ölkə
 31-07-2017, 11:45     10 422

Bakıda ABŞ səfirliyi qarşısında insident olub.

APA-nın məlumatına görə, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyərək qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Nəsimi rayon Polis İdarəsindən faktı təsdiqləyiblər.

Bildirilib ki, araşdırmalar zamanı onun Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olması müəyyən edilib.

Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26