Interposta.Info

MÜTLƏQ OXUYUN! DILƏNÇİ UŞAQLAR ƏSLİNDƏ KİMLƏRDİR? DƏHŞƏTLİ FAKTLAR!

Ölkə
 27-07-2017, 17:34     10 857

Əksəriyyəti körpəlikdən oğurlanmış balalardır... Diqqət yetirmisinizsə, o körpələr bir qayda olaraq sakit uzanır, səs çıxartmır, altını batırdıqda belə saatlarla "analarının" qucağında oyanmır... Bunun dəhşətli bir sirri var. Uşağın sakit olması və "işə" mane olmaması üçün ona bir qayda olaraq ağır yuxu dərmanları və iynələr vurulur...
Əksər hallarda belə zəhərləmələrə dözməyən körpələr çox yaşamır, hətta "iş vaxtı" tələf olur. Buna baxmayaraq yalançı ana, günün sonunadək bələnmiş uşaq meyidi ilə dilənməyə davam edə bilər. Özünüz körpəylə dilənənlərə 1 saat tamaşa etsəniz, uşağın şübhəli səssizliyi sizə durumu aydın edəcək...

Daha bir dəhşətli fakt odur ki, dilənçilər oğurlanmış uşaqları bilərəkdən yandırır, qollarını, ayaqlarını amputassiya etdirir, üzlərinə turşular tökür ki, şikəst və xəsarət almış uşağa daha çox yazığımız gəlir və çarəsizlikdən cibimizdəki son qəpiyi də verməyə hazır oluruq. Bu böyük bir biznesdir və Hindistan, Çin, Afrika, eləcədə Sovet ölkələrində geniş yayılıb. Bakı küçələrində də, QANUNA RƏĞMƏN, açıq-aşkar şəkildə körpələr istismar olunur və buna qətiyyən müdaxilə olunmur. Bu prosesi dayandırmağın yeganə yolu budur ki, dilənçilərə, özəlliklə UŞAQLARLA DİLƏNƏNLƏRƏ pul verməyək. Sizin verdiyiniz hər qəpik bu murdar biznesin və uşaq zülmünün inkişafına bir dəstəkdir! Hər kəsə bunu danışın, insanları maarifləndirin, körpələri xilas edin!/turaninfo.org

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26