Interposta.Info

Ələt-Astara yolundakı məşhur “Ulduz” restoranı belə yandı... -

Ölkə
 23-07-2017, 21:14     9 556

Xəbər verdiyimiz kimi, iyulun 21-də gecə saat 3 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsindəki “Ulduz” restoranında yanğın olub.

Virtualaz.org saytının Şirvan bürosu həmin yanğınla bağlı görüntüləri əldə edib.

Xatırladaq ki, Bakı-Astara avtomobil yolundan keçən sərnişinlərin, hətta əcnəbi müsafirlərin də ən çox dayandığı bu məkanda yanğının baş verməsi sosial şəbəkələrdə geniş marağa səbəb olub. Məhz bunu nəzərə alaraq həmin görüntünü təqdim edirik.

Qeyd edək ki, hadisə nəticəsində bütünlüklə yanmış obyektin yalnız mətbəxini qorumaq mümkün olub.

Restoranını tikililəri bərpa olundanadək müştərilərə həyətdə qurulan çadırlarda xidmət göstərilir. Maraqlıdır ki, köhnə müştərilər hətta yerdə oturmalı olsalar belə, yenə “Ulduz”un xidmətindən istifadə edirlər..

interposta.info bildirir ki, faktla bağlı araşdırmalara başlanılıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26