Interposta.Info

Kayseridə Azərbaycan və Türkiyə vətəndaşlarının idarə etdiyi avtomobillər toqquşub,

Ölkə
 22-07-2017, 12:47     3 115

Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını qəza törədib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib.

Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90-JO-998 dövlət nömrə nişanlı TIR markalı yük maşını Türkiyə vətəndaşı Erkan Çetinerin idarə etdiyi 38-ZU-010 nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan 4 nəfər-Cenk Yoldaş, Sabri Ocak, Ömer Faruk Beyaz və Ahmet Aslımtürk hadisə yerində ölüb. Ölən şəxslərin hamısının tələbə olduğu bildirilib.

Xəsarət alan daha iki nəfər isə Kayseri xəstəxanasına yerləşdirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26