Interposta.Info

Afrikanın ən qədim qəbiləsi -

Ölkə
 22-07-2017, 09:26     2 389

Afrikanın ən qədim yerliləri arasında göstərilən pigme qəbiləsinin haradan gəldiyi barədə dəqiq məlumat yoxdur. Günümüzdə təxminən 120 min pigme olduğu ehtimal edilir, bunların çoxu Kamerunun Atlantik okeana yaxın meşəliklərində yaşayır.

Pigmelər dünyanın ən qısa boylu insanları olaraq bilinir və hələ də ibtidai çağa aid yaşam tərzləri ilə diqqət mərkəzindədilər. Təxminən 5 min ildir Afrikada yaşayan bu qəbilənin sakinlərinin boyu ortalama 120 sm-dir. Pigme adını bu qəbilə üzvlərinə avropalılar verib, mənası isə “cırtdan” deməkdir. Qəbilə kişiləri qadınlarından təxminən 10 sm hündürdülər. Qıvırcıq saçlı, enli çənəli, düz burunlu və iri gözlü pigmelər digər yerlilərdən görünüşcə seçilirlər.

Baka və Bageli olaraq iki qola ayrılan pigmelər həyat tərzlərinə görə də bir-birlərindən fərqlənirlər. Baka pigmeləri həyatlarını sıx meşələrin balta girməmiş yerlərində davam etdirirlər. Bagelilər isə Kamerunun ən böyük qəbiləsi olan və meşə ətrafı ərazilərdə məskunlaşan bantular ilə bir arada yaşayırlar. Bageli pigmelər kiçik qrup halında yaşayır, bambu ağacının enli yarpaqlarından müvəqqəti daxmalar tikirlər. Onlar şəkillərinin çəkilməsini istəmir, itdən başqa ev heyvanı saxlamırlar, tez-tez yer dəyişdirdikləri üçün isə əkinçiliklə də məşğul olmurlar.

Pigmelər vaxtlarının çoxunu meşənin dərinliklərində ov edərək, meyvə və ot toplayaraq kçirirlər. Puldan istifadə etmədikləri üçün tədarük etdiklərini bir-biri ilə dəyişərək ehtiyaclarını qarşılayırlar. Uşaqlarına da öz yaşam tərzlərini öyrətməyə çalışan qəbilə üzvləri azyaşlılar üçün müntəzəm olaraq ovçuluq, bitkitoplama müsabiqələri keçirirlər.

İş bölgüsündə qadınlara balıq ovu və daxma tikmək, kişilərə isə meşədə ov etmək düşür. Ov heyvanı tapmaq üçün tez-tez yer dəyişdirən pigmelər ov silahlarını taxta və daşdan düzəldirlər. Onlar ağaca çıxmaq üzrə də usta sayılırlar. Bu qəbilənin üzvləri Kamerunun vətəndaşı olmalarına rəğmən sağlıq və bir çox sosial xidmətdən yararlana bilmirlər. Qəbilə özlərinə aid maeba dilində danışır. /musavat.com

interposta.info

Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -
Afrikanın ən qədim qəbiləsi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26