Varlılar əylənmək üçün bu qəbiləyə baxmağa gəlir -

Hindistanın Andaman adalarında yaşayan Jarava qəbiləsi son zamanlarda dünya mediasının gündəmindən düşmür. 1990-cı illərın sonunda tapılan qəbilənin bu qədər məşhurlaşmasının səbəbi isə varlı adamların əyləncəsinə çevrilmələridir.
“Daily Mail”in xəbərinə görə, tətil üçün andaman adalarına gədən varlılar Jarava qəbiləsinin məskunlaşdığı yerlərə gedirlər. Turistlər Jarava qəbiləsinin üzvlərini gördükləri zaman onlardan rəqs etmələrini istəyirlər. Qəbilə üzvləri də onlardan yemək almaq üçün dayanmadan rəqs edirlər. Jarava qəbiləsinin üzvləri adət-ənənələrinə uyğun olaraq əyinlərinə paltar geyinmirlər.
Turistlər isə çılpaq insanların onların qarşısında rəqs etmələrindən zövq aldıqlarını deyirlər. Müasir dünya ilə əlaqələrini kəsən jaravalar yad adamlarla danışmırlar və əlaqə yaratmırlar. Onlar uzun illərdir ki, meşədə yaşayaraq öz adət-ənənələrini yaşadırlar./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26