Interposta.Info

Əli Həsənov hara baxır?! -

Ölkə
 22-07-2017, 00:31     1 876

Redaksiyamıza Füzuli rayonundan məcburi köçkün olan Nəzirə Əliyeva tərəfindən şikayət ərizəsi daxil olub.
Ərizə ilə bərabər köçkün xanımın bizə göndərdiyi sənədlərlə tanış olarkən, məmur məsuliyyətsizliyinin və özbaşınalığının hansı səviyyədə olduğunu görməmək mümkün deyil.
Maddi maraqlar naminə insanların taleyilə oynayan və onları küçələrdə yaşamağa məcbur edən vicdansiz məmurların aqibətinin nə ilə nəticələndiyi barədə ortada kifayət qədər faktlar olsa da, belə hallar tükənmək bilmir. Toxunacağımız mövzu zaman-zaman ölkə mətbuatında işıqlandırılsa da el arasında “Qaçqınkom” deyiləm qurumda kök salmış rüşvətxor və cinayətkar qruplaşmaların vecinə də deyil. Harınlıq o həddə çatıb ki, dövlət sənədlərində saxtakarlıq edilir, qaçqın və məcburi köçkünlərin xəbərləri olmadan onların adından maxinasiyalara əl atılır. Mövzu geniş olduğu üçün bu günkü yazımızda vətəndaşın şikayətini dərc etməklə kifayətlənirik.

Gələn yazılarımızda isə rəsmi sənədlərin dili ilə məcburi köçkün ailəsinin başına açılan müsibətlərlə tanış ola biləcəksiniz:


“Sizə müraciət etməkdə məqsədim mənə kömək etməyinizdir. Mən məcburi köçkün ailəsi olaraq yaşadığım evdən məcburi çıxarılmışam. Bütün aidiyyati qurumlara müraciət etmişəm. 21 ildir ki, Binəqədi r-nu 7-ci mk/r 3123-cü məhəllə ev 2 mənzil 3-də heç bir şəraiti olmayan, yarımtikili bir binanın 1-ci mərtəbəsində 8 nəfər ailə üzvlərimizlə birlikdə məskunlaşdıq. Həmin mənzili (yəni qapısız, pəncərəsiz, heç bir şəraiti olmayan, küçədən keçənlərin ayaqyolu kimi istifadə etdiyi bir boş yer) öz şəxsi vəsaitimiz hesabına təmir etdirdik. Ailə üzvlərimizdən 6 (altı) nəfər ardıcıl olaraq vaxtsız vəfat etdi. Mən, uşaqlıqdan anamın saxladığı bacım qızı, evə 2002-ci ildə gəlin gələn Təranə və 10 yaşlı qız uşağı (4 nəfər qadın) 2017-ci ilin yanvar ayında Qaçqınlar Komitəsinin saxta sənədi əsasında (mənə verilən 1 otaqlı mənzil, halbuki ortalıqa olan 1 otaqlı mənzildə 2015-ci ildən Kəlbəcər rayonundan olan 2 uşaqlı qadın yaşayır) mənzildən çıxarılmışıq. Hal-hazırda Binəqədi r-nu, Azadlıq prospekti 172/16 saylı evdə ayı 300 manat olmaqla kirayədə yaşayırıq. Mənzilimizdə qiymətli nə varsa ucuz qiymətə sataraq ev kirayəsini verdik. Artıq satmağa bir əşya qalmadığından mənzil kirayə haqqını ödəyə bilmirik”.

Gələn məqaləmizdə məcburi köçkünün bu vəziyyətə düşməsində rol oynayan cinayətkar şəbəkənin fəaliyyətini araşdırmağa çalışacağıq. Bizi izləyin. (Vediinfo.az)
Ardı var..

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26