Interposta.Info

Xilasetmə zamanı faciə -

Ölkə
 18-07-2017, 21:34     882

Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı ölüb, 4 xilasedici isə zəhərlənib.

ARB 24 - ün Fövqəladə Hallar Nazirliyindən aldığı məlumata görə, saat 14:16-da Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında quruma məlumat daxil olub.

Xilasedicilər dərhal hadisə yerinə gedib. Quyuya düşmüş vətəndaşın meyiti çıxarılarkən FHN əməkdaşlarından biri həlak olub, 4-ü isə xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən əməkdaşı Ruslan Məmmədovun qazdan boğularaq dünyasını dəyişdiyi bildirilir. Hadisə yerində olan xüsusi müxbirimizin verdiyi məlumata görə, zəhərlənən şəxslər - Namiq Əhmədov, Natiq Məmmədov, Ayaz Əliyev və Zahid Bağırov müalicə üçün Bakıya göndərilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26