Interposta.Info

Ağsuda AYI insanlara hücum edib

Ölkə
 18-07-2017, 21:09     549

Ayı iki iribuynuzlu heyvanı parçalayaraq öldürüb və bir neçəsini isə yaralayıb

Ağsu rayonunda ayı kənd sakinlərinə hücüm edib.
Rayonun Dilman kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov kəndin yaxınlığındakı otlaqda iribuynuzlu mal-qaranı otararkən ayının hücumuna məruz qalıblar. Kənd sakinləri özlərini müdafiə etsələr də naxıra girən ayının qarşısını ala bilməyiblər. Ayı iki iribuynuzlu heyvanı parçalayaraq öldürüb və bir neçəsini isə yaralayıb.
Kənd sakinləri bildiriblər ki, kənd sakinləri və kəndin mal-qarası tez-tez vəhşi heyvanların hücumuna məruz qalırlar: "Hazırda kənddə böyükdən kiçiyə hamı təlaş içindədi. Hər an ayı və digər vəhşi heyvanların kəndə hücum etməsindən, kiməsə xəsarət yetirməsindən qorxuruq. Vəhşi heyvandı bu gün mal-qaranı parçalayırsa sabah sakinlərindən birini parçalayacaq"./report

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26