Interposta.Info

Satış zamanı qiymətdə razılaşmayan ata və 3 oğlu döyüldü -

Ölkə
 15-07-2017, 18:30     1 294

İmişli rayonunda yerləşən heyvan bazarında kütləvi dava düşüb.

ARB TV xəbər verir ki, Ağcabədi rayon sakini Nadir Abdullayev üç oğlu - Elxan, Mikayıl və Qamətlə birgə İmişli rayonunun heyvan bazarına satmaq üçün dörd baş iribuynuzlu mal-qara aparıb.

Qiymət ilə razılaşmayan İmişli rayon sakinləri ata və onun üç oğlunu döyüblər. Kütləvi dava zamanı Ağcabədi sakinləri baş və bədənin müxtəlif nayihələrindən ağır xəsarətlər alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Baş verən hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26