Interposta.Info

Ağstafada kütləvi dava olub, yaralılar var

Ölkə
 13-08-2018, 09:05     10 453

Ağstafa rayonunda toydan çıxan 27 yaşlı oğlan ölümcül döyülüb.

Hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. Toy mərasimindən çıxan, 1991-ci il təvəllüdlü Nurlan Mahir oğlu Haqverdiyev yolda tanımadığı şəxslər tərəfindən ölümcül döyülüb.

Xəstəxanaya yerləşdiriləndən yaralının vəziyyətinin ağır olaraq qaldığı və boğazından aldığı zərbədən nəfəs almaqda çətinlik çəkdiyi bildirilir.

Ağstafa rayonunda kütləvi dava olub, toydan çıxan 27 yaşlı oğlan ölümcül döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. Toy mərasimindən çıxan, 1991-ci il təvəllüdlü Nurlan Mahir oğlu Haqverdiyev yolda tanımadığı şəxslər tərəfindən ölümcül döyülüb. Kütləvi dava zamanı onunla bərabər Qazax rayon Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Qaramollayev Elmir Mayıl oğlu da döyülüb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan N.Haqverdiyevin vəziyyətinin ağır olduğu bildirilir. Onun boğazından aldığı zərbədən nəfəs almaqda çətinlik çəkdiyi deyilir./report.az

Faktla bağlı araşdırmalara başlanılıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26