Bakıda daha bir mənzil fırıldağı -
Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yeni inşa edilən binadan 3 otaqlı mənzilin pulunu nəğd ödəyərək alan Tağıyevlər ailəsini indi heç binanın həyətinə də buraxmırlar.
Musavat.com xezerxeber.az-a istinadən bildirir ki, zərərçəkən Sünbül Tağıyeva iddia edir ki, evi onlara müqavilə ilə satıblar . Hətta sakindən əlavə 650 manat pul da alıblar ki, evə qaz çəkdiriləcək. Və bundan sonra mənzilin rəsmi sənədi-çıxarışı veriləcək. Zərərçəkənin sözlərinə görə, bu binadan bir neçə vətəndaşa onlara verilən sənədin eynisi ilə mənzillər satılıb. Onlar da elə buna arxayın olaraq pulu nəğd ödəyiblər.
Zərəçəkənin ödəniş haqqında sənədləri və evin müqaviləsi də var. İndi onlar əllərində olan sənədlərlə hər gün mənzil aldıqları satış yerinə getsələr də, nə müdiriyyiti tapa bilirlər, nədə ki, binadan içəri girə bilirlər.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, heç kəsi tapa bilmədik. Binanı inşa edən nömrələrinə zəng çatmadı.
Hüquqşünas Xəyal Bəşirov isə vətəndaşın ödəniş və müqaviləsi olduğu halda məhkəmə yolu ilə ona dəyən ziyanı tələb edə biləcəyini deyir. Zərəçəkən ona dəyən ziyanı eyni ölçülü mənzil formasında və ya ödədiyi məbləğ qədər tələb edə bilər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26