Interposta.Info

Əngəllərə qalib gələn sevgi -

Ölkə
 7-07-2017, 17:36     864

Sağlamlıq imkanlarından məhdud olan Namaz və Fatma adlı şəxslər bir ildən artıq nişanlı idilər.

ARB 24 xəbər verir ki, ötən gün onların həyatında ən əlamətdar an olub.

Valideyn üçün övladının xoşbəxtliyini, şad gününü görmək ən ən böyük arzudur.

1-ci qrup əlil olan Fatma Babayevanın anadangəlmə yeriməsində qüsuru var. Namaz da 1-ci qrup əlildir. Onun qüsuru isə anadangəlmə inkişaf zəifliyidir.

Povirinqlik ağırlıq qaldırma ilə məşğul olan Namaz Azərbaycan və Avropa çempionudur. Toy mərasiminə gələn yaxınları və tanışları hər iki gəncin şəninə xoş sözlər ünvanlayıblar.

interposta.info toydan görüntüləri təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26