Interposta.Info

Dünyada namaz qılmaq üçün ən hündür aypara-ibadətxana...-

Ölkə
 11-05-2017, 07:18     1 294

Dünyada möminlərin namaz qıla biləcəyi ən hündür otaq Məkkədə “Əbrəc əl-Beyt” qülləsində yerləşir. Həmin qüllənin hündürlüyü 600 metrdir. Bu bina Kəbənin olduğu Məscid əl-Həramın girişindən bir az cənub tərəfdədir.

Bu qüllədə hər il Məkkəni ziyarət edən 5 milyondan çox zəvvar üçün otel yerləşir. Əbrəc əl-Beyt dünyada kütləsinə görə birinci, hündürlüyünə görə isə 3-cü yeri tutur. Eləcə də bu bina yer üzündə ən uca oteldir. Qüllənin üzərində diametri 43 metr olan nəhəng saat, lap ucunda isə aypara yerləşir. Bu, tarix boyu tikilmiş ən böyük ayparadır. Onun içərisində bir neçə xidməti otaq və ayrıca namaz otağı vardır. Bu da planetdə ən uca ibadət yeridir./moderator.az

interposta.info
Dünyada namaz qılmaq üçün ən hündür aypara-ibadətxana...-
Dünyada namaz qılmaq üçün ən hündür aypara-ibadətxana...-Dünyada namaz qılmaq üçün ən hündür aypara-ibadətxana...-

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26