Interposta.Info

Nigeriyada məsciddə namaz vaxtı partlayış törədilib,

Dünya
 4-01-2018, 00:39     10 553

Bu gün Nigeriyanın şimal-şərqində məscidə terror hücumu nəticəsində azı 11 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən "Reuters" məlumat yayıb.

"Terrorçu-kamikadze Borno ştatının Qamboru şəhərindəki məsciddə qılınan sübh namazı vaxtı içəri keçib. Mən namaza gedərkən məscidin içində güclü partlayş səsi eşitdim", - deyə zərərçəkənlərə yardım göstərən hadisə şahidlərindən biri agentliyə bildirib.

"Məscid dağıdılıb və yandırılıb. Biz bir neçə saat sonra insanları təxliyyə etmək üçün gələndə 11 nəfərin, terrorçu ilə birgə isə 12 nəfərin meyitini aşkar etdik", - deyə o əlavə edib.

Nigeriya ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması hadisə ilə bağlı məsuliyyəti hələ ki, öz üzərinə götürməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26