Interposta.Info

Biznesmeni diri-diri basdıran Lotu Qulinin adamları axtarılır

Ölkə
 6-07-2017, 19:25     1 585

İyunun əvvəlində biznesmen Hikmət Salayevin şantajçı-şəriklərinə 30 milyon rubl verməkdən imtina etməsindən sonra diri-diri basdırılması ciddi səs-küyə səbəb oldu. interposta.info pressday.az-a istinadən xəbər verir ki, “Reketliyin” bu cür “ekstremal” növünə bu gün nadir halda rast gəlinir.
Lakin sahibkarlardan 90-cı illərdəki kimi, rəngarəng və incə fəndlərdən istifadə edib pul qoparmaq davam edir. Hikmət Salayevin payına düşən ciddi sınaq haqqında iyunun 6-də məlum olub. KİV-lərdəki məlumata görə, biznesmenin şərikləri ondan 30 milyon rubl tələb ediblər.
İş adamı pulu verməkdən imtina edəndə cinayətkarlar onu Lyuberets qəbristanlığında mobil telefonunu saxlamaqla basdırıblar. Salayev kiçik qardaşı İsmayıla zəng edə bilib və o oğrulara 1,2 milyon rubl və beşinci seriyadan olan BMW avtomobili gətirib. Bundan sonra biznesmentin tərəfdaşları onu haraya basdırdıqlarını göstəriblər. Nəticədə Salayev xilas edilərək qabırğa sınıqları ilə xəstəxanaya yerləşdirilib.
Bu tarix 90-cı illərin ruhunda iyunun 20-də davam edib. Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb ki, Salayevin şantajının sifarişçisi Azərbaycanda cəza çəkən və Lotu Quli kimi tanınan “qanuni oğru” Nadir Səlifovdur.

Digər məlumata görə, bu cinayətin törədilməsində 5 nəfər iştirak edib: onlardan ikisi Moskvada saxlanılıb, üçüncü Dağıstanda ələ keçib, daha ikisi barəsində beynəlxalq axtarış elan edilib. “Praym Kraym” informasiya agentliyi “qanuni oğru”nu Qulu yox, Quli kimi təqdim edir.

Bildirilir ki, bu ləqəb altında kriminal aləmdə milliyyətcə azərbaycanlı 44 yaşlı Səlifov Nadir Nəriman oğlu məşhurdur. O 2000-ci ildə, 27 yaşında taclandırılıb. Agentliyin redaktoru Viktor Qefterin sözlərinə görə, Quli azərbaycanlı oğrular arasında sorğu-sualsız bir nömrəli kimi qəbul olunur.

interposta.info

Biznesmeni diri-diri basdıran Lotu Qulinin adamları axtarılırBiznesmeni diri-diri basdıran Lotu Qulinin adamları axtarılır

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26