Interposta.Info

Hafiz Hacıyev: "İlk öncə daxilimizdəki satqınları təmizləməliyik"

Ölkə
 6-07-2017, 18:58     701

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Füzuli rayonunun Alxanlı kəndinin 2 yaşlı sakini Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsinə münasibət bildirib və müharibənin qaçılmaz olduğunu söyləyib.

interposta.info xəbər verir ki, "Ölkə.Az"-ın məlumatına görə partiya sədri qeyd edib ki, müharibəyə başlamazdan öncə daxildə təmizləmələrə başlanmalıdır:

2 yaşlı uşaq öldürülüb, bundan böyük terror hadisəsi ola bilərmi? Baş verənlər çox ciddi məsələlərdir. Biz müharibəyə başlamazdan öncə daxili təmizləmələrə başlamalıyıq. Lazım deyil bizə belə demokratiya, belə əmin-amanlıq, hamılıqla hərəkətə keçməliyik. Güclü ordumuz var. Yenə təkrar edirəm, ilk öncə daxilimizdəki satqınları təmizləməliyik. Ölkəmizin hər zaman ayıq-sayıq olan hüquq-mühafizə orqanlarının səyi nəticəsində ordu daxilində olan xəyanətkar şəbəkə ifşa olundu.

Xatırladaq ki, Zəhrayla yanaşı nənəsi də vəfat edib. Həmçinin bir kənd sakini ağır yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26