Interposta.Info

"İntiqamlarını alacağam" - Ölən 2 yaşlı Zəhranın atası

Ölkə
 5-07-2017, 11:18     1 278

"Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar".

Bunu azvision.az-a açıqlamasında axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.

O, eyni zamanda təxribatda anası, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızını da itirib. Elnur Quliyev erməni işğalçılarından intiqam alacağını söyləyib: "Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam".

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26