Interposta.Info

Oğurladığı 79 min avronu mədəsində gizlətdi-

Ölkə
 5-07-2017, 07:48     585

İsveçrədən Fransaya gələn Nigeriya sakini hamını heyrətləndirəcək bir işə əl atıb. O, xüsusi materialların içində xeyli sayda 200, 500 avroluq çeklər salaraq onları mədəsində gizlədib. Afrikalının bunu necə etdiyi, ümumi dəyəri 79 min avro olan çekləri mədəsinə necə yerləşdirməsi polis işçiləri üçün də müəmma olaraq qalır.

Moderator.az xəbər verir ki, hava limanında polislərə aid it həmin sərnişindən duyuq düşüb. Sən demə, onun geyimin astarlarında ümumi dəyəri 13 min avro olan əlavə pullar da varmış. İt məhz bundan duyuq düşüb. Lakin xüsusi cihazla yoxlanılan sərnişinin mədəsində də kağız materiallarının olduğu aşkarlanıb. Mədəsindən 79 min avro çıxarılan sərnişin həmən məsuliyyətə cəlb edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26