Interposta.Info

Mədəsində bir kiloqrama yaxın heroin keçirmək istəyən

Ölkə
 22-01-2017, 07:46     791

 Mədəsində bir kiloqrama yaxın heroin keçirmək istəyən

Ər-Riyad hava limanında mədəsində bir kiloqrama yaxın heroin keçirmək istəyən sərnişin sərhəd xidməti tərəfindən saxlanılıb.

Bu barədə məlumatı "Əl-İhbariyə" telekanalı yayıb.

Kanala açıqlamasında gömrük xidmətinin direktoru Sultan-əl-Fahid bildirib ki, yoxlamadan keçən sərnişinlərdən biri özünü şübhəli apardığı üçün onu xüsusi yoxlamadan keçiriblər.

Sərnişinin mədəsində 110 kapsula narkotik maddə aşkar olunub. Kanalın məlumatına görə, narkotikin ümumi çəkisi 865 qramdır. Sərnişinin hansı ölkədən gəldiyi barədə məlumat verilmir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26