Interposta.Info

Azərbaycanın nazirləri qonaqlıqda

Ölkə
 30-06-2017, 18:10     774

Məşhur italiyalı iş adamı, "Formula-1”də "Renault” şöbəsinin keçmiş rəhbəri Flavio Briatore "Twitter” mikrobloqunda Bakıda "Formula-1” qonaqları üçün təşkil edilmiş rəsmi qəbuldan video paylaşıb.

interposta.info
virtualaz.org-a istinadən xəbər verir ki, videogörüntülərə əsasən demək olar qəbul Bakının dəbdəbəli restoranlarından birində təşkil edilib. Xarici qonaqlardan savayı, burada azərbaycanlı nazirlər də iştirak edib.

Məsələn, masa arxasında oturmuş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Formula-1”in keçmiş başçısı Berni Ekklstounla və digər qonaqlarla nəyisə aktiv şəkildə müzakirə edir.

Qonşu masanın arxasında isə xarici işlər naziri Elmar Məmmədyarov əyləşib.

interposta.info bildirir ki, alda isə canlı musiqi çalınır və italyanca mahnı oxunur.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26