Interposta.Info

Formula 1-də Berni Ekklstoun erası başa çatır

İdman
 23-01-2017, 10:40     544

Formula 1-də Berni Ekklstoun erası başa çatır
Formula 1-in promouteri Berni Ekklstoun təşkilatın ömürlük prezidentliyindən imtina etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "Formula One Group"un rəhbərliyindən BBC-yə açıqlama verilib.

Mənbə ingiltərəli biznesmenin bu həftə postu ilə vidalaşacağını bildirib. Ona fəxri prezident postu təklif olunub.

Formula 1-in yeni sahibləri idarəetmə strukturunda yenilənmə aparmaq, B.Ekklstounun səlahiyyətlərini bir neçə şəxs arasında bölüşdürmək istəyirlər. Bunadək yarışın sədri postuna Çeyz Keri gətirilib. Kommersiya departamentinin rəhbəri Şon Bretçs ola bilər. Seriyanın idman tərəfinə isə Ross Braun kömək edəcək.

Qeyd edək ki, 87 yaşlı Berni Ekklstoun Formula 1-ə 40 ildir rəhbərlik edir. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə "Liberty Media" korporasiyası sahib çıxıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26