Interposta.Info

Merkel dönər kəsərkən -

Ölkə
 29-06-2017, 07:23     684

Almaniya kansleri Angela Merkel Berlində sahibkarlar birliyinin təşkil etdiyi mərasimə qatılıb.

Axar.az xəbər verir ki, tədbirdə Merkelin türk sahibkara məxsus stendə yaxınlaşaraq dönər kəsməsi marağa səbəb olub.

O, tədbirdə çıxış edərkən partiyasının 12 illik iqtidarı dövründə yeni iş yerlərinin açıldığını, xarici borcların və bürokratiyanın azaldıldığını deyib. Merkel miras vərəsəlik vergisində islahatlar, gəlir vergisində isə artım məsələlərinin müzakirə olunduğunu, partiyasının proqramında sözügedən vergilərin artırılmasının yer almadığını bildirib.

Tədbirdə Merkellə şəxsən söhbət edən türk iş adamı Hənifi Aydın kanslerin dönəri həmişə bəyənərək yediyini söyləyib.

interposta.info
Merkel dönər kəsərkən -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26