Interposta.Info

Ayda yadplanetlilərlə -

Ölkə
 20-06-2017, 12:04     542

Diskşəkilli Uçan Naməlum Obyektin videosu internetdə xeyli populyarlıq qazanıb.

Teleqraf.com-un esoreiter.ru-ya istinadən xəbərinə görə, videonu "Apollon-15" missiyası ilə Aya uçan ABŞ astronavtları çəkib.

Qeyd edək ki, uzun müddət bu kadrlar gizli saxlanılıb.

Naməlum obyektləri tədqiq edən bəzi alimlər hesab edir ki, 3 dəfə Ayın səthinə qalxan və üst-üstə orada 19 saat vaxt keçirən astronovtlar Ceyms İrvin və Devid Skottun yadplanetlilərlə söhbət etməsi tamamilə mümkündür. Lakin bu informasiya indiyədək məxfi saxlanılır. Hesab edilir ki, bu məlumatların açıqlanması dünyanın inkişafına neqativ təsir göstərə bilər.

Bəzi ufoloqlar isə bütün bu "məxfi məlumatlara" skeptik yanaşırlar. Onlar iddia edirlər ki, amerikalılar heç vaxt Ayda olmayıblar, unikal "Ay görüntüləri" isə Hollovudun pavilyonlarında çəkilib. Ufoloqlar ABŞ-ın dünya ictimaiyyətinin gözündə öz sifətini itirməməsi üçün bu cür addımlara getdiklərini bildirilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26