Interposta.Info

Sərsəm erməni iddiaları — Daşnaklar Naxçıvanın statusu məsələsini qaldırırlar

Ölkə
 15-06-2017, 19:37     809

12 iyun tarixində Naxçıvanda başlayan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri düşmən dövləti ciddi qorxuya salıb. Bir el misalına görə "karıxan köpək məscid divarını murdarlayar". Bu dəfə də hərbi təlimlərdən qorxuya düşən haylar yeni iddialar səsləndiriblər.

Daşnaksütyun partiyasının rəsmisi Kiro Manoyan bildirib ki, bu hərbi təlimlər İrana və Ermənistana ötürülən mesajdır. Kiro bununla da kifayətlənməyib sərsəmləməsini daha da dərinləşdirib: "Ermənistan Naxçıvanın zorla Azərbaycana birləşdirilməsi və onun beynəlxalq statusu barədə məsələni qaldırmalıdır".

Hayların bu təşvişini başa düşmək o qədər də çətin deyil. Çünki Beynəlxalq Böhran qrupunun hesabatında bildirilir ki, Azərbaycan və Ermənistan arasında savaş yeni səviyyəyə qədəm qoya bilər. Çünki Azərbaycanın ballistik raketləri var və bu raketlərin bir hissəsi Naxçıvan ərazisinə yerləşdirilib. Ötən ilin aprel döyüşlərini və bu hesabatı dəyərləndirən ermənilər bu səbəbdən nala-mıxa vurmağa, diqqəti başqa məcraya yönəltməyə çalışırlar.

Bundan başqa bir sıra erməni "siyasətçi"ləri Azərbaycanın ərazi bütövlüyünü şübhə altında qoymağa çalışırlar. Bu "dahi"lərin fikrinə görə, müstəqil Kürdüstan respublikasının qurulması Yaxın Şərq regionunda sərhədlərin dəyişməsi ilə nəticələnəcək. Bəzi analitiklərin fikrinə görə isə 100 il əvvəl Osmanlı imperiyasının ərazisinin bölüşdürülməsinə aid Lozanna sülh müqaviləsinin ləğv edilməsi gözlənilir. Çox güman ki, ərazilərə və yeni sərhədlərə aid yeni müqavilə imzalanacaq. Əgər köhnə müqavilələrin müddəti bitirsə, o zaman ermənilər də 99 illik icarəyə verilmiş İrəvanı və digər əraziləri qaytarmaq məcburiyyətində qalacaqlar./ölkə.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26