Interposta.Info

Qorxunc: 12 yaşlı qız ana oldu - Foto

Ölkə
 12-06-2017, 07:24     699

Türkiyədə 12 yaşlı qız ana olub.

Teleqraf.com "Hüriyyet"ə istinadən xəbər verir ki, 2 uşaq atası, 34 yaşlı Güven E.Y adlı qadınla 5 il birlikdə yaşayıb. Cütlüyün münasibəti pozulandan sonra ayrılıblar. Amma məlum olub ki, E.Y-nin 12 yaşlı qızı E.D cinsi istismara məruz qalıb. Həkimlərin müayinəsi zamanı azyaşlının atalığından hamilə qaldığı müəyyən edilib. Abortun onun sağlamlığı üçün təhlükə olduğunu düşünən həkimlər uşağın dünyaya gəlməsinə razılıq veriblər.

Güven E.Y isə həbs edilərək 18 il azadlıqdan məhrum edilib. Amma apelyasiya məhkəməsi onun davranışlarını nəzərə alaraq cəzanı 17 ilə endirib.

12 yaşlı qız təcavüzə məruz qalmasının təfərrüatını məhkəmədə açıqlayıb. DNT analizi zamanı körpənin atasının Güven E. olduğu 99 faiz müəyyən edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26