Atası 5 yaşlı uşağı döyüb, çılpaq halda çölə atdı -
Bakı polisləri küçədən 5 yaşlı uşaq tapıblar.
interposta.info BakiPost.az-a istinadən xəbər verir ki, bu barərə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. O, dünən axşam saatlarında sığınacağa verilən körpənin üzərində zorakılıq əlamətlərinin olduğunu bildirib: "Bu balaca balamızı polis əməkdaşları indi gətirib. Dediyinə görə adı Yağmurdur. İlkin baxış zamanı uşağa zorakılığa məruz qaldığı aşkarlandı . Uşaq onu bu hala atasının saldığını deyir.
Təxminən 5 yaşı var. Onu da qeyd edim ki, əynində gördüyünüz geyimləri polis əməkdaşları alıb. Tapılanda çılpaq imiş”.
interposta.info bildirir ki, hazırda polislər körpənin valideynlərini axtarır.![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

