Interposta.Info

“BSU haqqında yazılan xəbərlər qərəzlidir”

Ölkə
 10-06-2017, 07:28     757

Bakı Slavyan Universitetin Əkbər Əliyev adlı tələbəsindən interposta.info-a aşağıdakı məzmunda müraciət daxil olub və onun saytda işıqlandırılması xahiş olunur:

“Mən, Əkbər Əliyev Bakı Slavyan Universitetinin 3-cü kurs tələbəsiyəm. Son günlər universitetimiz haqqında dezinformasiya xarakterli xəbərlər oxuyuram. Təəsüf ki, bu məlumatlar düzgün deyildir.

BSU-nun rektoru Nurlana xanım azərbaycançılıq siyasətini , onun mühüm bir qolu olan gənclər siyasətini dəstəkləyir. Eyni zamanda biz könüllülərə hər bir köməklik göstərilir, imtahanlarda problemlər yaranan zaman yenidən həmin tələbələr üçün apellyasiya təşkil olunur. Yenidən sual-cavab olunaraq , ballar yüksəldilir, hətta təqaüd alan gənclərimiz üçün müəyyən şəraitlər yaranır ki, təqaüdlərindən geri qalmasınlar. BSU-da könüllülərə böyük dəstək olunur və hər zaman qürur hissi ilə biz slavyan gənclərini dəstəkləyərək bizi sabahın ağsaqqaları olduğumuzu deyirlər. Bir daha bildirmək istəyirəm ki, qanun çərçivəsində tələbələrə hər bir dəstəy göstərilir. BSU haqqında yazılan şərhlərin yalan olduğu göz qarşısındadır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26