Interposta.Info

5300 il əvvəl yaşamış buz adamı kim öldürüb? -

Ölkə
 8-06-2017, 17:15     649

Otzi İtaliyanın şimalındakı Alp dağlarının zirvəsində bundan 5300 il əvvəl kürəyindən oxla vurulub.

Otzi adlı bu şəxsin cəsədi 1991-ci ildə kəşf edilib. Bu cəsəd haqqında ilginc detallardan biri 5300 il əvvəl kürəyindən ox ilə vurulmasıdır. Bədəni buz parçalarının altında donan adam, dünyanın ən köhnə və mükəmməl qorunan mumiyası elan edilib.

Lakin Otzi ilə bağlı alimlərin araşdırmaları hələ də davam edir. Otzini kim öldürüb?

Musavat.com sizə 5300 il tarixi olan cəsəd haqqında yeni faktları təqdim edəcək.

1991-ci ildə tapıldıqdan 10 il sonra Otzinin çiyninə batırılmış daş ox da aşkarlandı.

Ötzi'nin vücudunda toplam 61 tane dövme bulunuyor.

Ancaq elm adamları bir neçə ay öncə başlatdıqları geniş araşdırmalarda Ötzinin necə vurulduğu sualına fokuslanmağa başlayıb.

Otzinin bədəninin sərgiləndiyi Cənubi Tirol Arxeologiya Muzeyinin direktoru Angelika Fleckinger, Münxen Polis Departamentindən dedektiv Aleksandr Hornu yenidən araşdırma aparmaq üçün muzeyə çağırıb.

5300 Yıl Önce Yaşamış Buz Adam Ötzi Hakkında Gizemli Gerçek!

Bu polisin ən uzun araşdırma apardığı cinayət 20-30 il idi. Lakin ondan araşdırılması istənilən cinayətin tarixi isə ağlasığmaz idi. Horn 5300 il əvvəl baş vermiş cinayəti araşdırmalı idi.

Alp dağlarında baş verən hadisə yerinə gələn Horn apardığı araşdırmasında bu işin cinayət olduğunu təsdiqlədi.

Polis Otzinin 30 metr məsafədən vurulduğunu da qeyd edib. Vurulmadan öncə buzların üstündə dincəldiyini deyən polis həmin anda yemək yediyini də deyir. Başqa bir diqqət çəkən məqam ölümündən iki gün öncə əlindən aldığı bıçaq yarası idi.

5300 Yıl Önce Yaşamış Buz Adam Ötzi Hakkında Gizemli Gerçek!

Otzi böyük ehtimalla bir mübahisə etmişdi. Bu yara özünümüdafiə yarasına bənzəyirdi. Məsələn, biri sizi bıçaqlamağa çalışan zaman bıçağı tutaraq itələmək istədiyinizdə aldığınız yara kimi... Polis Otzinin bu mübahisənin davamında öldürüldüyü qənaətinə gəlinib.

Muzeyin direktoru son araşdırmalardan razıdır. Lakin bu günə kimi özünü qoruyub saxlayan cəsəd haqqında yenə də bəzi qaranlıq məqamlar qalır. Polis isə bir çox məqamları aşkara çıxarmasına baxmayaraq öz işindən razı deyil.

interposta.info


5300 il əvvəl yaşamış buz adamı kim öldürüb? -
5300 il əvvəl yaşamış buz adamı kim öldürüb? -
5300 il əvvəl yaşamış buz adamı kim öldürüb? -
5300 il əvvəl yaşamış buz adamı kim öldürüb? -
5300 il əvvəl yaşamış buz adamı kim öldürüb? -
5300 il əvvəl yaşamış buz adamı kim öldürüb? -
5300 il əvvəl yaşamış buz adamı kim öldürüb? -
5300 il əvvəl yaşamış buz adamı kim öldürüb? -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26