Interposta.Info

Ömürlük həbsə məhkum olunan şair:

Ölkə
 7-06-2017, 19:44     4 010

ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömürlük həbsə məhkum edilən şair Yasin Qasımovun həyat hekayəsinə yer verilib.

Yasin Qasımov (ömürlük məhbus): "Azadlığın qədrini gec bildim. Doğmalarımın qəbrini ziyarət etməyi çox istəyərdim. 18 yaşımdan həbsxanadayam. Cinayətə gəlincə isə cinayəti törətdiyim şəxslə eyni hərbi hissədə xidmət edirdik. 3 günlük məzuniyyət götürmüşdük. Əvvəlcə onlara getdik, anası xəstə idi. Dedi ki, gedək dayımdan pul götürüm sonra gələk. Onların arasında düşmənçilik olduğunu bilmirdim. Ora çatanda aralarında problem olduğunu bildim. Hadisə orada alovlandı. Mənim nəsə marağım olmayıb.

Bunu danışmaq çox çətindir. İndi onların da yaxınları bu verilişə baxır, istəmirəm o hadisəni təkrar onlara yaşadım. Həm özüm üçün, həm də onlar üçün ağırdır. İmkanları varsa, bağışlasınlar. Onlar heç məni tanımırdılar, düşmənliyimiz yox idi, üzr istəyirəm. İmkanım olsaydı, öz həyatımı verərdim onları qaytarmaq üçün. Əvvəldən mənə desəydi ki, problemimiz var, ora getməzdim. Gəncliyimi itirmişəm. Cinayəti törətdiyim şəxs də peşmandır. Onu da günahlandırmıram. Özü də mənə etiraf edib ki, yenidən olsaydı, başqa cür davranardım. Burda zaman çox tez keçir. Televizorda "Bulvar"ı görürük ki, çox dəyişib. Deməsələr, tanımarıq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26