Interposta.Info

Elm bunu da etdi -

Ölkə
 7-06-2017, 07:26     594

Süni zəka böyük rəqəm analiziylə xəstənin orqanlarına baxaraq nə vaxt öləcəyini müəyyən edir.

Moderator.az xəbər verir ki, yeni bir araşdırmaya görə, gələcəyin tibbi maşınları orqanların görüntülərini təhlil edərək nə vaxt öləcəyinizi təxmin edə biləcək.

Süni intellekt sistemləri bir xəstənin orqanlarını təhlil edərək və həkimləri də aşacaq anormallıqları müəyyən edərək inanılmaz dəqiqliklə öləcəyini əvvəlcədən təxmin edə bilir. Yeni kəşf sayəsində geniş spektrdə ciddi xəstəliklərin erkən aşkar edilməsi və müalicə edilməsinə yol açabiləcəyi gözlənilir.

“Dailymail”də yer alan xəbərə görə, Adelaide Universitetindən elm adamları 60 yaşın altındakı 48 xəstə üzərində zəka texnologiyasını tətbiq ediblər. Tədqiqatçılar süni zəkanın böyük həcmdə məlumatı analiz edərək həkimlərin görə bilmədiyi anormallıqları müəyyən edəcəyini düşünürlər.

Yeni kəşfin Avstraliya Adelaide Universitetinin radioloqu olan müəllifi Doktor Luke Oakden-Rayner "Bir xəstənin gələcəyi ilə bağlı proqnoz vermək faydalıdır, çünki həkimlər fərdi terapiya tətbiq edə bilər" deyir.

Rayner qeyd edib ki, araşdırmalarının növbəti mərhələsi isə on minlərlə xəstə üzərində tətbiq ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26