Interposta.Info

Anar Məmmədov üçün yolun sonu göründü

Ölkə
 6-06-2017, 16:35     2 270

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bir vaxtlar iqtisadiyyatın az qala bütün sektorlarına sirayət etmiş ailə biznes imperiyası sürətlə sökülməkdədir və belə görünür ki, məmmədovlar klanının iqtisadiyyatda mövcudluğu tamamilə aradan qalxmaqdadır. Bu klanın əlindən çıxan növbəti biznes aktivi isə məşhur KFC restoranları şəbəkəsidir.

Virtualaz.org xəbər verir ki, KFC restoranlarını idarə edən və Ziya Məmmədovun ailə biznes imperiyasını birləşdirən “Garant Holding”in portfelinə daxil olan “AFK” şirkəti mülkiyyətçisini dəyişib. Bu şirkətin sahibi hazırda ölkənin iri holdinglərindən olan “Gilan Holding”dir. “AFK” şirkətinin “Gilan Holding”in portfelinə daxil olduğu barədə məlumat holdingin saytında yer alır.
Anar Məmmədov üçün yolun sonu göründü


Məşhur KFC fast-fud restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir işadamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.

Şəbəkə «Garant Holding»ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metro stansiyası yaxınlığında yerləşən tarixi binada açılmışdı. Ötən ay həmin restoran «başqa ünvana köçmək» adıyla bağlanıb.
Anar Məmmədov üçün yolun sonu göründü


Xatırladaq ki, “Garant Holding”ə Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik edirdi. O, neçə vaxtdır ki, Azərbaycandan gedib və Londonda yaşayır. “Garant Holding”in ofisi isə bağlıdır, şirkətin telefonları söndürülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26