Interposta.Info

KFC yenə əl dəyişdi:

Ölkə
 6-06-2017, 12:53     2 057

Bakıda məşhur KFC restoranlarını yönəldən «AFK» şirkətinin sahibliyi yenidən dəyişib. Hazırda «Gilan Holding» bu şirkəti özünün pərakəndə biznes üzrə törəmə qurumlarından birinə aid edir.
«Gilan Holding» şirkətlər qrupu korporativ saytını qismən yeniləyərək, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən bir neçə müəssisəni bir arada təqdim edib. Onların arasında «AFK» MMC də var.

KFC yenə əl dəyişdi:


Bunadək «AFK» MMC-ni (VÖEN 1701109091) «Qarant Holdinq» MMC öz biznes portfelinə daxil edirdi. Holdinq bir müddət bundan öncə kredit öhdəliklərini vaxtında icra etməklə bağlı problemlə üzləşmişdi və iş məhkəməyə qədər gedib çıxmışdı. «Paşa Bank» ASC «Qarant Holdinq» MMC və keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədovla kredit borcunun məhkəmədən kənar həll olunduğunu açıqlamışdı.
KFC yenə əl dəyişdi:



Məşhur KFC fast-fud restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir iş adamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.
«PNN Group» şirkətinin saytından screenshot
KFC yenə əl dəyişdi:




Şəbəkə «Garant Holding»ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metro stansiyası yaxınlığında yerləşən tarixi binada açıldı. Ötən ay həmin restoran «başqa ünvana köçmək» adıyla bağlanıb. Lakin indi bu ünvandakı "KFC" restoranının bir aydan çoxdur işləməməsinin gerçək səbəbi aydınlaşır.
KFC yenə əl dəyişdi:
Nə «Gilan Holding», nə də «AFK» şirkətində restoranların mülkiyyətçisinin dəyişməsiylə bağlı məlumatı şərh etməyiblər. «Garant Holding» MMC-nin telefonları isə bağlıdır (azadliq.org).

interposta.info
KFC yenə əl dəyişdi:
KFC yenə əl dəyişdi:
KFC yenə əl dəyişdi:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26