Interposta.Info

Azərbaycanlı tayfalar arasında dava: qulağı kəsildi... -

Ölkə
 5-06-2017, 18:30     1 009

Meşkinşəhr (Xiyav) şəhərində iki tayfa arasında dava düşüb.

Axar.az xəbər verir ki, hadisə iyunun 3-ə keçən gecə iki kənddən olan tayfalar arasında baş verib. Nəticədə bir nəfərin qulağı kəsilib, çox sayda insan müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir motosiklet yandırılıb.

Mehr parkında başlayan dava Fərhəngian məhəlləsi və Vəliəsr xəstəxanasına qədər gedib çıxıb.

Kütləvi dava zamanı ölən olmayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə 50 polis əməkdaşı və yanğınsöndürən maşın gəlib.

Polis faktla bağlı araşdırmaya başlayıb.

***

Meskinşəhrdə davaya qatılan tərəflərin üzvləri polis tərəfindən saxlanılıb. Şəhər Prokurorluğunun verdiyi məlumata görə, hadisə ilə bağlı məhkəmə işinə tezliklə baxılacaq və günahkarlar şidətli şəkildə cəzalandırılacaq.

Meşkinşəh prokururu Cəfər Rəhimniya mətbuata müraciət edərək, hadisə ilə bağlı təfərrüatın mediada işıqlandırılmamasını xahiş edib.

interposta.info
Azərbaycanlı tayfalar arasında dava: qulağı kəsildi... -
Azərbaycanlı tayfalar arasında dava: qulağı kəsildi... -
Azərbaycanlı tayfalar arasında dava: qulağı kəsildi... -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26