Fərqli ölkələrdə fərqli uşaq taleləri

Uşaqların beynəlxalq müdafiəsi günü 1949-cu ilin noyabrında Parisdə təsis olunub.
1 iyun günü dünya ölkələrində abortlara qarşı etiraz, müxtəlif münaqişə ocaqlarında ağır şəraitdə yaşayan, aclıq və susuzluqdan əziyyət çəkən uşaqların taleyinin qabardılması ilə diqqət çəkir.
interposta.info modern.az-a istinadən 1 iyun günü dünyanın məşhur fotoqraflarının müxtəlif ölkələrdə çəkdiyi fotoları təqdim edir.
Çinin Quançjou vilayəti. Çəltik plantasiyasında çalışan uşaq gərgin işdən sonra yuxuya gedib. 90 yaşlı nənəsi onun başı üzərində dayanıb.
Afrikalı uşaq yeni aldığı yaralarla. Qərbi Afrikada yaşayan tayfalar azyaşlı uşaqların üzünə bu yaraları vurmaqla özünəməxsus ayini icra edir.
Fillipinin Manila şəhərində çəkilmiş bu fotoda isə küçələrdə yaşayan azyaşlı təsvir olunub. Zibil və sümüklərin arasında onun yeganə sevinci təsadüfən tapdığı hava şarıdır.
Artıq çəkidən əziyyət çəkən 11 yaşlı çinli Li Hanq çəkisinin azaldılması üçün yerli xalq inanclarına əsaslanan ağrılı prosedur keçir
Azyaşlı qız Navcotdan (Atəşpərəstlikdə xüsusi mərasim) keçir. Bu mərasim qızın heç zaman öz dindaşlarından kənar şəxsə ərə getməyəcəyinin göstəricisidir.
11 yaşlı Taha Sirah İraq ordusunun azad etdiyi Kayra şəhərinin küçələri ilə hərəkət edir. Onun atası İŞİD üzvləri ilə döyüşdə həlak olub.
Çinin Şandun vilayətinin Tzinin şəhərindfə yerləşən gimnastika məktəbində əkiz bacılar gərgin məşq zamanı. Çində gimnastlar yeriməyə başladıqları andan məşqlərə start verirlər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26