Interposta.Info

85 iti ilə vəhşi təbiətdə yaşayan qadın -

Ölkə
 1-06-2017, 07:22     720

Fotoqraf Brays Portalononun “Səs gəlmir” foto-reportajı şəhər mühitindən qaçıb üzünü təbiətə çevirmiş insanlardan bəhs edir.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Finlandiyanın ucqar bölgəsində 85 iti ilə yaşayan Tinya belələrindəndir.

Brays deyir ki, cəmiyyətdən və ya texnologiyadan əlaqəsini kəsməyən, amma Qərb mədəniyyətindən imtina etməyə qərar vermiş insanların həyatını incələməyə başlayıb. Bu məqsədlə yola çıxan fotoqraf “Səs gəlmir” adı verdiyi silsiləsi şəhərdən qaçan insanların həyatından danışır.

Bu dəfəki əsərin adı “Arktika məhəbbəti”, onun qəhrəmanı isə gənc bir xanımdır.

Şəhərdən 300 km uzaqda, təbiətin qoynunda yaşayan Tinya Finlandiyanın cənubundakı Jıvaskıla şəhərində 6 il biologiya üzrə ali təhsili aldıqdan sonra buranı tərk etmək və uşaqlığını keçirdiyi Lapland kəndindəki evlərinə qayıtmaq qərarına gəlir.
85 iti olan Tinya it xizəkçiliyi ilə məşğul olmağa başlayır. İlboyu məşq üçün çoxlu vaxtı olan gənc xanım Skandinaviyada təşkil olunan bir çox xizək yarışlarında iştirak şansı əldə edir. Tinyanın evi şəhərdən kənarda və sivilizasiyadan tamamilə uzaqdır.
Yaşadığı taxta evini odun sobasıyla qızdırır, yeməkləri də burada bişirir. Elektrik olmayan bölgədə evini şamla işıqlandırır, su ehtiyacını buzu ləyəndə əritməklə ödəyir.
Qış aylarında havanın mənfi 38 dərəcəyə qədər düşdüyü vaxtlar Tinya bölgənin saflığını və səssizliyini sevdiyini deyir. Çoxsaylı reklam təklifi alan Tinya qazanc məqsədi ilə həyat tərzini dəyişməyə hazırlaşmadığını deyir.
İtləri və atlarıyla təkbaşına yaşamağı çox sevdiyini deyən Tinya yalqızlığn ona hüzur verdiyini düşünür. Belə həyat tərzi seçməsinin yeganə səbəbi isə heyvanlara olan sonsuz sevgisidir.

interposta.info
85 iti ilə vəhşi təbiətdə yaşayan qadın -
85 iti ilə vəhşi təbiətdə yaşayan qadın -
85 iti ilə vəhşi təbiətdə yaşayan qadın -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26