Interposta.Info

Yol çəkilərkən tarix üzə çıxdı -

Ölkə
 30-05-2017, 13:32     776

Şamaxının Dəmirçi kəndindəki Gəgəli yurdu deyilən ərazidə aşkar edilən nekropolun ərazisi 3 hektara yaxın sahəni əhatə edir.

ARB Şəki xəbər verir ki, tətqiqat zamanı yer səthindən təxminən 50-80 metr dərinlikdə 30-a qədər daş qutu qəbirlər qeydə alınıb. 3-4-cü əsrlərə aid olan qəbirlərdən bir neçəsinin sərkərdələrin qəbirləri olduğu ehtimal edilir.

Bu Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış ən qədim parça nümunəsidir. Qəbirlərin üst örtüyü kimi istifadə olunmuş sal daşların bir çoxunun ağırlığı 150-300 kq-dan da artıqdır. İndiki halda 6-7 nəfər insanın çətinliklə yerindən tərpətdiyi bu cür ölçülü daşların tədarükü və səliqə ilə qəbirlərin üzərinə yerləşdirilməsi də maraq doğurur. Eyni zamanda qəbirlərdə Alban dövrünə aid zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Ərazidə uzunluğu 58 sm olan qılınc, döyüş alətləri və müxtəlif saxsı qablar şkar edilib.

Tapıntıların turizm baxımından da əhəmiyyəti düşünülərək Azərbaycanda ilk dəfə olaraq "Qaranlıq dünya" turizm konseptini dəmirçi nekropolunda tətbiq olunması təklif olunur.

Ətraf ərazilərdə daş qutu qəbirlərdən ibarət daha bir neçə nekropolun olduğu müəyyən edilib. Hazırda araşdırmalar davam edir. Dəmirçi ilə yanaşı Zarat və Zarat-Xeybəri kəndlərində də araşdırmalar aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26