Interposta.Info

“Neft Daşları”na gedən helikopter qəza enişi etdi -

Ölkə
 27-05-2017, 18:58     1 487

Bu gün "Silkway Helicopters Services aviaşirkəti”nin "Mi-8”helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.

interposta.info
xəbər verir ki, şirkətdən APA-ya verilən məlumata görə, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi də zərər görməyib.

"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters Aviaşirkəti"-nin digər helikopterləri ilə çatdırılacaq.

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26