Interposta.Info

Bakıya qəza enişi edən təyyarə pilotları uçmaqdan imtina etdi

Ölkə
 12-12-2017, 10:24     10 542

2017.12.11 21:56

"Britiş Eyrvays" (“British Airways”) şirkətinin Boinq-777 təyyarəsi dekabrın 11-də Bakıda məcburi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər ki, Mumbay-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib.

Uğurla yerə enən təyyarə hazırda Bakı aeroportundadır və texniki baxışdan keçirilir.

Təyyarənin göyərtəsində 135 sərnişin və 17 heyət üzvü olub.

***

Bakıda məcburi eniş edən “British Eyrvays” şirkətinin Boinq 777 təyyarəsi uçuşa hazırdır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər ki, təyyarə uçuşa hazırdır.

"Lakin ekipajın iş vaxtı bitib və o istirahət etməlidir. Sərnişinlər aeroportun tranzit zonasında yerləşdirilib. Onlara istənilən kömək edilir, qida və içkilərlə təmin olunurlar. Təyarənin gələcək taleyi “British Eyrvays” şirkətindən asılıdır", - deyə aeroportdan bildiriblər./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26