Şabranda mağaza yanaraq kül oldu –

Şabran rayonunun Güləmli qəsəbəsində Ehtiram Əzməmmədova məxsus, ümumi sahəsi 24 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları yararsız hala düşüb.
ARB TV xəbər verir ki, hadisə zamanı obyektdəki əşyalar da yanıb.
Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi əraziyə cəlb edilib. Alov söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26