Interposta.Info

İsmayıllıda inkubator sexi yanıb -

Ölkə
 26-04-2017, 18:06     507

Bu gecə İsmayıllının Kürdmaşı kəndində inkubator sexi yanıb.

ARB Şəki xəbər verir ki, kənd sakini Dadaşov Vüqara məxsus ümumi sahəsi 225 m2 olan inkubator sexinin yanar konstruksiyaları 75 m2 sahədə yanıb.

Əraziyə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 Yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. İnkubator sexinin içərisindəki 3200 ev quşlarından 200-ü yanaraq və ya tüstüdən boğularaq tələf olub. Sexin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26