Interposta.Info

Bakıda evakuator maşını qəzaya uğrayıb,

Ölkə
 25-05-2017, 14:45     518

Bakıda evakuator maşını qəzaya uğrayıb.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakini İbadulla Absəlimovun idarə etdiyi “Renault” markalı evakuator maşını Məlahət Məsimovanın idarə etdiyi “KİA” markalı avtomobillə toqquşub. Nəticədə M.Məsimovanın sərnişini Kəmalə Tatarova xəsarət alıb.

interposta.info bildirir ki, faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26