Interposta.Info

Arvadı xəyanət edən oliqarxın İsmayıllıdakı villası -

Ölkə
 24-05-2017, 07:30     743

Şəxsi həyatında baş verən qalmaqallarla gündəmə gələn azərbaycanlı oliqarx Fərhad Əhmədov villasının görüntülərini paylaşıb.

interposta.info
Qaynarinfo.az-a istinadla xəbər verir ki, oliqarx İsmayıllı rayonunda yerləşən villasının görüntülərini öz Feysbuk səhifəsində paylaşıb.

Görüntülərdə onun villasının xüsusi dizayn edildiyi öz əksini tapıb. Villanın ətrafında böyük göl və torpaq sahəsi var.

Qeyd edək ki, Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədova ilə qalmaqal yaşayır. Oliqarx öz məxfi bəyanatında Tatyananı çoxsaylı eşq xəyanətlərində, həmçinin oğlunun sinif yoldaşının qardaşı ilə onu aldatmaqda ittiham etmişdi.

Azərbaycanlı oliqarxı London Ali Məhkəməsinin qərarına görə, Tatyana Əhmədovaya 453 milyon avro ödəməlidir. Bu boşanma prosesi Böyük Britaniyada ən bahalılardan biridir.

Xatırladaq ki, bir neçə gün əvvəl dünya mətbuatı oliqarxın ona xəyanət edən arvadının fotosunu yaymışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26