Interposta.Info

63 min insanın öldürüldüyü dəhşətli xəstəxana... -

Ölkə
 23-05-2017, 17:49     522

Xəstəxana ümumilikdə heç kimin sevmədiyi bir yerdir.

Ölüm faktlarının xəstəxanalarda baş verdiyi hallar da olur. Lakin sizə haqqında bəhs edəcəyimiz xəstəxana daha çox məzarlığı xatırladır.

Musavat.com sizə 63 min insanın öldürüldüyü xəstəxana haqqında maraqlı faktları təqdim edir.

1920-ci ildə ABŞ-ın Kentukki ştatında inşa edilən Vaverli Hills xəstəxanasında hələ də 63 min insanın ölüm qoxusu hiss edilir.

Bu xəstəxana ABŞ-da 1900-ci ildən sonra artan vərəm xəstələri üçün tikildi. O dövrdə vərəmin müalicəsi olmadığı üçün bu xəstəliyə yoluxan hər kəsi bu xəstəxanaya gətirirdilər.

Aradan xeyli müddət keçsə də, vərəmin çarəsi hələ də tapılmamışdı. Xəstələrin sayı sürətlə artırdı və çarə tapılmadığı üçün bir çox xəstələr ağıllarını itirirdi. Acılar içində qıvranan xəstələr kütləvi şəkildə intihar etməyə başladılar.

Xəstəxana 41 il sonra, 1961-ci ildə bağlandı. Bağlanana qədər tam 63 min insan ölmüşdü. Xəstəxana bağlandıqdan 1 il sonra ruhi xəstəxana kimi yenidən fəaliyyətə başladı. Eyni sıxıntılar yenidən baş verdi. İntiharlar yenidən artdı.

1982-ci ildə də xəstəxana yenidən bağlandı. Tam bir faciə filmi kimi keçən illərdə, xəstəxana ilə əlaqəli bir neçə iddia da səsləndirildi.

Bir çox insan xəstəxananın koridorunda orada ölən insanların ruhlarının dolaşdığını iddia etdi. Onlar bu ruhların gecələr ortaya çıxdığını divarlarda kölgələrinin gəzdiyini söyləyirdilər.

Yaşanan bu paranormal hadisələr ilə əlaqədar 2006-ci ildə bir qorxu filmi də çəkildi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26