Azərbaycanda dəhşətli yol qəzaları:

İranın Azərbaycan vilayətinin Miyandab-Bukan və Miyandab-Mahabad yollarında ağır yol qəzaları baş verib.
Axar.az xəbər verir ki, Miyandab Yanğından Mühafizə İdarəsinin rəisi Yadigar Ləndəniani Miyandab-Bukan yolunda “Santafe” və “Peykan” markalı avtomobillərin toqquşması nəticəsində “Peykan”da olan 4 sərnişinin yerindəcə həlak olduğunu, “Santafe”nin sürücüsünün isə yaralandığını bildirib.
Yadigar Ləndəniani Miyandab-Mahabad yolunda baş verən qəza zamanı isə “Pejo” markalı minik avtomobili ilə “Volvo” yük maşınının toqquşduğunu və nəticədə “Pejo”nun 25 yaşlı sürücüsünün maşının içində yanaraq həlak olduğunu deyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26